Omanın paytaxtı Maskat şəhərində İmam Əli məscidinə hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
AzerTimes xəbər verir ki, bu barədə “Royters” məlumat yayıb.
Qeyd edək ki, iyulun 15-də həyata keçirilən terror hücumu nəticəsində 3 hücumçu, 5 mülki şəxs və 1 polis məmuru həlak olub, 29 nəfər yaralanıb.