Əfqanıstanın qərbindəki Herat əyalətində silahlı şəxslərin məscidə hücumu nəticəsində 6 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Abdul Matin Qani bildirib.
Onun sözlərinə görə, ölümcül insident əyalətin Qozara rayonunun Şəhrak bölgəsində axşam namazı vaxtı baş verib. Həlak olanların hamısı mülki şəxslərdir.
Məlumatda Tolo məscidinin Əfqanıstanda azlıq təşkil edən şiə icmasına aid olduğu qeyd edilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.