Məşhur sığorta şirkəti bağlandı – “Kasko butik” əfsanəsi yarım qaldı

“Kasko Butik” sığorta şirkəti fəaliyyətini dayandırıb.

Yenicag.az xəbər verir ki, ölkədəki digər sığorta şirkətlərindən fərqli olaraq müştərilərə çox sərfəli kasko sığortası və digər əməliyytlarıən icrasını təşkil edən “Kasko Butik” sığorta şirkəti fəaliyyətini dayandırıb.

Buna səbəb kimi “Kasko Butik” layihəsi üzrə təminatçı qismində çıxış edən “Amrah” Sığorta Şirkətinin fəaliyyətinin dayandırması qeyd edilib.

“Kasko Butik” layihəsinin başqa bir sığorta şirkəti ilə davam etdiriləcəyi bildirilir.

Xatırladaq ki, “Kasko Butik” layihəsinin rəhbəri Xəyal Məmmədxanlı dekabrın 13-də koronavirusdan vəfat etmişdi.

www.yenicag.az