

ABŞ-a səfər edən Almaniya kansleri Fridrix Merz Vaşinqtondakı Bler-Haus qonaq evindəki “çəhrayı yataq otağı”nda gecələyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ prezidentinə məxsus Bler-Haus yüksək səviyyəli qonaqların yerləşdirildiyi qonaq evidir.
Bildirilib ki, burada müxtəlif dövrlər ərzində Uinston Çörçill, kraliça Yelizaveta, Nelson Mandela və Şarl de Qoll olublar.
119 otaqdan ibarət qonaq evinin ən qeyri-adisi “çəhrayı yataq otağı”dır.