Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və yaralananlar var.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə martın 19-u saat 23 radələrində rayonun Gəndəbil kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini İ.Ağayev idarə etdiyi “Mersedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobilin sərnişinlərindən biri – Abşeron rayon sakini Z.Rəhimova xəstəxanaya aparılarkən yolda ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.