“Mersedes-Benz” dünya üzrə 1 milyona yaxın avtomobili təcili geri çağırır.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bu barədə şirkət bəyanat yayıb.
Bildirilib ki, avtomobillərin geri çağırılmasına səbəb əyləc gücləndiricisində mümkün problemlərdir.
2004-2015-ci illər arasında istehsal edilmiş ML, GL (BR 164) və R-Class (BR 251) seriyasından olan modellər geri çağırılacaq.
Məlumata görə, dünya üzrə 993 407 avtomobil, o cümlədən Almaniyada 70 000 avtomobil geri çağırılacaq.