Dekabrın 9-dan 13-dək Mərakeşin Zakura şəhərində 18-ci Beynəlxalq Transsəhra Kinofestivalı keçiriləcək.
AzerTimes xəbər verir ki, ölkəmizi rejissor Asif Rüstəmovun çəkdiyi “Mərmər soyuğu” filmi təmsil edəcək. Ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.
Filmdə Qurban İsmayılov, Elşən Əsgərov, Natəvan Abbaslı rol alıb.