Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir, sədr seçiləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

AzerTimes-ın məlumatına görə, iclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçəcəklər.

Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılıb. Bu gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiq edib.

Teqlər: