Mərkəzi Nəbatat Bağının binasının təmirinə hazırlıq gedir – AMEA

Qəzalı vəziyyətdə olan Mərkəzi Nəbatat Bağının binasının təmiri
ilə bağlı hazırlıqlar gedir.

Bunu AzerTimes-a AMEA-nın Mətbuat xidmətinin rəhbəri Azadə Balayeva
deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binaya
baxış keçiriblər. Qeyd edək ki, binanın qəzalı vəziyyətə düşməsi
səbəbindən işçilər martın 10-dan 28-ə qədər evdən işləyirdilər.
Artıq onlar da işə qayıdıblar:

“Qərara alınıb ki, işçilər üçün binada işləmək heç bir təhlükə
yaratmır. Buna görə də bütün işçilər artıq işə qayıdıblar”, –
A.Balayeva deyib.

Teqlər: