Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin əməkdaşları üçün təlim keçirilib (FOTO)

9 mart 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında
“Effektiv kommunikasiyalar” mövzusunda təlim keçirilib. Təlimdə
Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən İmanova, qeydiyyatçılar:
Cəmilə Xudiyeva, Leyla Həsənova, Aysel Kazımlı, Qərənfil Mehdiyeva,
Zivər Babayeva, Nərmin Allahverdiyeva, Nərmin Abbaszadə, Nigar
Behbudova, Günel İsmayılova və Əsmər Ağayeva, Çağrı Mərkəzinin
operatorları: Gülşən Şahverdiyeva və Gülçöhrə Budaqova iştirak
ediblər.

Təlimi biznes təlimçi və konsultant İlham Əfəndiyev aparıb. O,
effektiv kommunikasiyaların əhəmiyyətindən danışaraq, qeyd edib ki,
effektiv kommunikasiya sadəcə informasiya mübadiləsi deyil, həm də
məlumatın dəqiq çatdırılması ilə yanaşı, deyilənlərin tam
mahiyyətini başa düşməyə şəraitin yaradılmasıdır. Bu zaman dinləyən
tərəf əmin olmalıdır ki, onun verdiyi məlumat başa düşülür və qəbul
edilir.


Təlimçi həmçinin, qeyd edib ki, effektiv kommunikasiyanın
məqsədi davamlı əlaqələr, o cümlədən hər iki tərəf üçün faydalı iş
əlaqələri qurmaq və bu əlaqələri qoruyub saxlamaqdır. Müəyyən
qaydalara əməl etməklə, insanlara düzgün yanaşma metodları
tapmaqla, düşüncələri aydın və tez çatdırmaq bacarığını
təkmilləşdirməklə effektiv kommunikasiya qurmaq mümkündür. Təlimin
sonunda İlham Əfəndiyev təlim iştirakçılarının suallarını
cavablandırıb və birlikdə kollektiv xatirə şəkli çəkdiriblər.

Teqlər: