Mərkəzi Gömrük Hospitalının tibb bacıları “Aseptika və antiseptikanın əsasları” təlimində iştirak ediblər (FOTO)

20 dekabr 2021-ci il tarixində Mərkəzi Gömrük Hospitalının tibb bacıları İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzində “Aseptika və antiseptikanın əsasları” mövzusunda təlimdə iştirak ediblər. Təlim Tədris Simulyasiya Mərkəzinin treneri Yaqut Qarayeva, Aynur Abbasəliyeva və Bbraun şirkətinin xüsusi dəvət olunmuş nümayəndəsi Mixayıl Korotski tərəfindən aparılıb.

Təlimdə baş tibb bacısı Əliyeva Amaliya, tibb bacıları Həsənova Marina, Mövsümova Solmaz, Qasımova Elmira, Quliyeva İradə, Ələkbərova Züleyxa, Şirinova Luiza, Əliyeva Rəmziyyə, Əliyeva Gülbəniz və Belyaninova Qalina iştirak ediblər. Trener Yaqut Qarayeva tibbi personalın əllərinin işlənməsi, dezinfeksiya, gigiyena qaydaları və əllərin yuyulmasının 4 növü- sosial əlyuma, septik əlyuma, cərrahi əlyuma və əl dezinfeksiyası barədə ətraflı məlumat verib. Əl gigiyenası ilə bağlı videoçarx nümayiş edilib.

Həmçinin, Bbraun şirkətindən xüsusi dəvət olunan nümayəndəsi Mixayıl Korotski tibb bacılarına dərialtı, əzələdaxili, venadaxili inyeksiyaların icrası, periferik kateterin qoyulması, periferik, mərkəzi venoz və dializ kateterlərinə qulluq qaydalarından danışıb. İzah edilmiş qaydalar əsasında praktiki vərdişlər yerinə yetirilib.


Təlimdə trener Aynur Abbasəliyeva preparatların parenteral yeridilmə metodları, biomaterialların düzgün götürülməsi və daşınması qaydaları, fərdi özünümüdafiə qaydalarını ətraflı izah edib. Təlimin sonunda tibb bacıları trenerlərin suallarını cavablandırıblar. Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Teqlər: