Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ATV-nin “Səhər” proqramına “Vitaminlər hansı halda zərər verir” mövzusunda müsahibə verib. Süjetin linkini Sizə təqdim edirik. https://youtu.be/7johgElGjDo
Özümüzü halsız, yorğun hiss edəndə orqanizmdə vitamin çatışmamazlığı olduğunu düşünürük. Bunu təmin etmək, immuniteti gücləndirmək üçün vitamin kompleksləri qəbul edilir. Lakin həkim məsləhət olmadan vitaminlərin qəbulu fəsadlar törədə bilər. Həmçinin, insan xəstə olanda ilk C vitamininə müraciət edir, ancaq onun yüksək dozada və uzun müddət qəbul edilməsi oksalat daşlarını formalaşdıra bilər. Buna görə vitamin qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsul təbii yollarla vitamin ehtiyacını ödəməkdir. Mövsümə uyğun qəbul edilən təbii şirələr ən zəngin vitamin və mineral qaynağıdır.