Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi “Kardiak MRT hansı xəstəliklərdə istifadə edilir?” sualını cavablandırıb

Kardiak MRT müayinəsi ən çox ürək çatışmazlığı xəstəliklərində
istifadə olunur. Bundan başqa Kardiak MRT müayinəsi vasitəsilə ürək
çatışmazlığının dərəcəsi, kameralar və qapaqlarda yaranan
dəyişikliklər, ürək çatışmazlığının geri dönən olub-olmaması barədə
ətraflı məlumat almaq olur. Həmçinin, bu müayinədən perikard,
anadangəlmə ürək xəstəlikləri, qapaq xəstəlikləri, aorta
xəstəlikləri; koronar arteriya xəstəliyində ürək əzələsinə təsir
dərəcəsi və oksigenləşmə pozğunluğunun olub-olmamasını bilmək üçün
istifadə olunur.

Ürək döyüntüsü, huşun itməsi, başgicəllənmə və ritm pozğunluğu
kimi simptomları olan xəstələrə, bu simptomların yaranmasına səbəb
ola bilən anatomik, hemodinamik pozğunluğu araşdırmaq üçün Kardiak
MRT müayinəsi edilir. Anadangəlmə ürək xəstəlikləri və aorta
xəstəlikləri olan xəstələrdə exokardioqrafiya ilə görüntü
keyfiyyəti zəif olduğu hallarda, xəstələrə radiasiya vermədən,
ağrısız diaqnoz qoyulmasını təmin edir, o cümlədən təqib və müalicə
prosesinədə kömək edir.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin
yüksəkixtissalı radioloqları tərəfindən Kardiak MRT müayinəsi
Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni
Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. MR
koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün
orqan və toxumalarının müayinə etməyə və xəstəliklərin dəqiq
diaqnostikanın aparılmasına imkan verir. İngenia Elition X 3.0T MRT
cihazı vasitəsilə baş və onurğa beyin, ürək damar sistemi, qarın
boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və
bütün növ pediatrik müayinələr aparılır.

Mərkəzi Gömrük Hospitalının Çağrı Mərkəzinə (012 404 08 08)
nömrəsinə zəng vuraraq ətraflı məlumat almaq və müayinə üçün
qeydiyyatdan keçmək mümkündür.

Teqlər: