Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Fərəh
Vahabova 13-16 mart 2022-ci il tarixlərində Türkiyənin Uludağında
keçirilən XXVIII Milli Uludağ Pediatriya Qış Konqresində iştirak
edib. Beynəlxalq konqresdə dünyanın 50-yə yaxın ölkəsindən
pediatriya sahəsinin nüfuzlu pediatrları iştirak ediblər.
Konqresdə Türkiyənin görkəmli universitetlərinin və müxtəlif
xarici ölkələrdən gələn tədqiqatçı alimlərin fikirləri müzakirə
edilmiş, “Uşaqlarda dəri səpkilərinə praktik yanaşma”, “Metabolik
vəziyyətlərə faktlarla yanaşma”, “Uşaqlarda böyümə problemləri” və “Təcili pediatriya və intensiv terapiya kursu” bölmələri üzrə
müxtəlif mövzularda məruzələr dinlənilib.
Həmçinin, konqres çərçivəsində yenidoğulmuşlarda COVID-19
infeksiyası, uşaq döş qəfəsi xəstəlikləri – kistik fibroz,
uşaqlarda revmatologiya və endokrin, uşaq immunologiyası,
pediatriyada aktual yanaşmalar və digər mövzularda müzakirələr
aparılıb. Tədbirin sonunda uşaq xəstəliklərini əhatə edən mövzular
ətrafında geniş diskussiyalar aparılıb. XXVIII Milli Uludağ
Pediatriya konqresi həm elmi proqramı, həm də interaktiv seanslar
ilə yadda qalan olub.