Mərkəzi Gömrük Hospitalının İT şöbəsinin İnformasiya və Şəbəkə təchizatı üzrə mütəxəssisi Anar Abdullayev 30 noyabr 2021-ci il tarixində Microsoft şirkətinin Server Sistemləri və Bulud texnologiyaları sahəsində təşkil etdiyi Azure AZ-104 imtahanını uğurla keçərək “Microsoft Azure Administrator” sertifikatını və statusunu əldə edib.
Mütəxəssis Anar Abdullayev imtahanda Bulud texnologiyaları konsepsiyası, Bulud texnologiyaları və infrastrukturların iş prinsipləri, Buludda iş davamlılığı və ehtiyat nüsxələrin bərpasının əsasları, Mövcud sənaye bulud tətbiqləri və həlləri barədə nəzərə və praktiki biliklər, Sistem inzibatçılığının əsasları, Virtualizasiyanın tətbiqi, virtual maşınlar və texnologiyalar Şəbəkə İdarəetmə xidmətləri üzrə praktiki və nəzəri biliklərlə bağlı tapşırıqları uğurla yerinə yetirərək 1000 baldan 927 toplayıb.
Mütəxəssis Anar Abdullayev Azure AZ-104 imtahanınında iştirak etməsi üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının İT şöbəsinin rəisi Bəhruz Muradova dərin təşəkkürünü bildirib.
Mütəxəssis Anar Abdullayevi yüksək bal ilə imtahan verib “Microsoft Azure Administrator” sertifikatını əldə etməsi münasibətlə təbrik edir, gələcək uğurlarının davamlı olmasını arzulayırıq!