Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu “COVID-19-dan sağalmış insanlarda tromblaşma riski nə dərəcədədir? sualını cavablandırıb

COVİD-19 xəstəliyinin kəskin fazası bütün orqanların zədələnməsi
ilə müşahidə olunur. O cümlədən, damarların zədələnməsi nəticəsində
tromb riski cox yüksək olur. Virus məhv olduqdan sonra bu risk
azalsa da, bir müddət yenə təhlükə qalmaqda davam edir. Bu hətta
tam sağalmış və özünü yaxşı hiss edən pasiyentlərə də aiddir. Demək
olar ki, COVİD-19 xəstəliyindən sagalmış hər 3cü pasiyent bu risklə
qarşılaşır.

Bunun başlıca səbəbi ondan ibarətdir ki, virus damarların iç
qatı olan endoteli zədələyir. Virus orqanizmdən çıxdıqdan sonra bu
endotellər uzun müddət bərpa olur. Endotelin zədələnməsi ilə
damarın iç qatı öz funksiyasının itirir və orada tromblaşma prosesi
başlayır. Bu prosesin ilkin mərhələsində pasiyentdə heç bir əlamət
müşahidə olunmasa da, sonradan infarkt, insult, ağciyər
arteriyasının emboliyası, vaksulit və qan təchizatı ilə əlaqədar
olan digər problemlər yarana bilər.

Bəs koronavirus keçirmiş hansı insanlarda tromblaşma
riski daha yüksəkdir?

Damarlarının iç qatı koronavirusdan əvvəl də zədəli olan
insanlar daha ehtiyatlı olmalıdır. Hipertoniya xəstələrində də
endotellər zədələndikdə trobmblaşma riski ikiqat artır. Həmçinin,
şəkərli diabet xəstələri və qan laxtalanmasında problemi olan
pasiyentlər yüksək tromblaşma riski ilə üz-üzədirlər. Onlar
COVID-19 xəstəliyi zamanı daha ehtiyatlı olmalıdırlar.

Yanaşı xəstəliyi olmayan, lakin alkoqollu içkilərdən istifadə
edən, az su içən, sidikqovucu dərmanlar qəbul edən şəxslər də risk
qrupuna daxildir. Qeyd edim ki, burada irsiyyət amili də rol
oynayır. Bir həkim kimi koronavirusdan sağalmış insanlara tövsiyəm
budur ki, bir müddət həkim nəzarəti altında qalsınlar, onun təyin
etdiyi laborator analizləri vaxtı-vaxtında versinlər və lazım
olarsa, profilaktik müalicə alsınlar.

Eyni zamanda, yeni növ koronavirus infeksiyası keçirmiş xəstələr
3 ay ərzində antikoaqulyant müalicə (qanı duruldan preparatlar)
alsınlar. Bu, trombların yaranmasının qarşısını alır. Lakin bu
müalicəni özbaşına, kortəbii surətdə etmək olmaz. Bütün müalicələr
həkim tərəfindən təyin edilməlidir.

Teqlər: