Mərkəzi Gömrük Hospitalının həkimi omikrona qarşı mübarizə vasitələri barədə danışıb

Son vaxtlar ölkəmizdə koronavirusa yoluxma ilə bağlı vəziyyəti nəzərdən keçirsək görərik ki, noyabr ayında yoluxma sayında xeyli artım olmuşdur. Lakin əhalinin sayını nəzərə alsaq, əvvəlki aylarla müqayisədə, bu o qədər də böyük artım deyil. Belə ki, il ərzində elə aylar olub ki, yoluxma sayı 4 mini keçib. Noyabrda ən çox yoluxma ayın 5-də – 2440 nəfər olub. Bu rəqəmin özü də yoluxmaların sürətlə artmasını göstərir.

Hazırda dünya üzrə koronavirusa yoluxanların sayı 263 milyonu keçib. Bir neçə gündür ki, koronavirusun yeni ştamı – omikronun bəzi ölkələrdə sürətlə yayıldığı barədə məlumatlar daxil olur. Virusun yeni ştamı tam öyrənilmədiyinə görə ona qarşı mübarizə vasitələri hələlik əvvəllər qəbul edilmiş sanitar-gigiyena qaydalarıdır. Bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir, ölkəyə girişə məhdudiyyətlər, qadağalar tətbiq edirlər. Bizim ölkəmizdə hələlik qapanmalara ehtiyac yoxdur.

– Azərbaycanda yoluxmaların artması ilə əlaqədar qapanmalara ehtiyac varmı?

– Vaksinasiya yeni ştama qarşı nə dərəcədə effektivdir?


– Koronavirusun yeni ştamına qarşı hansı mübarizə vasitələrindən istifadə etmək olar?

Bütün bu məsələlər barədə Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin həkimi Dr.Bəylər İmanovun çıxışını Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz ARB24 telekanalının “İşgüzar səhər” verilişinə müsahibə verib. https://youtu.be/A5f-jrkjbhk

Teqlər: