Mərkəzi Gömrük Hospitalının həkimi “Həkim məsləhəti” rubrikasında “Omikron ştamının BA.2 alt variantı” barədə məlumat verib

Son günlərdə ölkəmizdə COVİD-19 xəstəliyinə yoluxma sayında
azalma müşahidə edilir. “Omikron”un koronavirusun digər
variantlarını üstələməsi və onlara nisbətən yüngül keçməsi
pandemiya ilə bağlı ümidverici proqnozlar verməyə sövq edir.
Xəstəliyin azalmasında əhalinin əhəmiyyətli hissəsinin yeni
koronavirus infeksiyasına qarşı peyvənd olunması ilə əlaqədar
formalaşan kollektiv immunitetin böyük rolu olmuşdur.

Buna baxmayaraq, pandemiya hələ də bitmiş sayılmır. Ümumdünya
Səhiyyə Təşkilatının verdiyi son məlumatlara əsasən, bir sıra
ölkələrdə omikron ştamının alt variantı stels-omikron (BA.2)
intensiv yayılması aşkar edilib. BA.2 alt variantın yaratdığı
COVİD-19 xəstəliyi simptomlarına və gedişatına görə omikron
ştamının digər variantlarından fərqlənmir. Xəstəlik ağır klinik
formada bir qayda olaraq, vaksinasiya olunmamış insanlarda baş
verir. Belə ki, peyvənd olunmayan və yüksək risk altında olan
insanlar bu xəstəliyə qarşı daha diqqətli olmalıdırlar.

BA.1 alt variantı ilə müqayisdə BA.2 variantı daha çox infeksiya
yaradır. BA.2 aıt variantının konkret xüsusiyyətləri hələ də
öyrənilir. Hazırki şəraitdə yoluxma sayının azalmasına baxmayaraq,
COVİD-19 virusunun yeni növ variantlarına yoluxmanın qarşısını
almaq və o cümlədən, yoluxarkən xəstəliyi yüngül şəkildə keçirtmək
üçün vaxtında peyvənd olunmağı, ictimai yerlərdə maskalardan
istifadə etməyi, mümkünsə insanların sıx toplaşdığı yerlərə
getməməyi və digər ÜST-ün profilaktik tədbirlərinə riayət etməyi
məsləhət görürəm.

Teqlər: