Oynaqlarda yaranan ağrılar çoxlarını narahat edən problemdir. Həmin ağrıların səbəbləri kimi, müalicə üsulları də fərqlidir və onlar rentgen, ultrasəs, laborator metodlarla müayinə nəticəsində müəyyən edilir. Oynaq ağrıları çox vaxt kəskin infeksiyaların əlaməti sayılır. Oynaqda ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır.
Yaşla əlaqədar osteartrit və osteartroz zamanı ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur. Bu zaman fizioterapevtik müalicələr daha səmərəli nəticələr verir. Maqnit sahəsi ilə, zərbə dalğalı terapiya, lazer müalicəsi və digər prosedurlar icra olunur. Eyni zamanda müalicəvi idman prosedurları da faydalıdır. Müalicəvi idmanın əhəmiyyəti odur ki, əzələ nə qədər güclü olursa, oynağa düşən yük də o qədər azalır.
Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Oynaq ağrılarının səbəbləri və müalicə üsulları” barədə ATV-nin Səhər proqramına müsahibə verib. Süjetin linkini Sizə təqdim edirik.
https://youtu.be/UZUZlXdWl5I