Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb – DGK sədri

Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev “Twitter” səhifəsində yazıb.


“Mərkəzi Gömrük Hospitalı il yarımdan artıq müddətdir ki, yalnız koronavirus xəstələrinin müalicəsi ilə məşğul olur. Bu müddət ərzində 1600-dən çox koronavirus xəstəsi Mərkəzi Gömrük Hospitalında stasionar müalicə alıb”.

Teqlər: