Mərkəzi Gömrük Hospitalı 11 aprel 2022-ci il tarixindən etibarən
gömrükçülərə və əhaliyə yenidən tibbi xidmət göstərir. Həkim
qəbuluna qeydiyyat əsasında yazılmaq olar. Ətraflı məlumat almaq
üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq mümkündür.
Mərkəzi Gömrük Hospitalı peşəkar və təcrübəli heyəti ilə gömrük
işçilərinə və onların ailə üzvlərinə, eyni zamanda respublikamızın
bütün vətəndaşlarına yüksək keyfiyyətli və güvənli tibbi
xidmət göstərən müasir səhiyyə ocağıdır. Mərkəzi Gömrük
Hospitalının rəsmi internet səhifəsi vasitəsilə tibbi xidmətlər
haqqında ətraflı məlumat almaq və həkimlərin qəbuluna onlayn
formatda yazılmaq mümkündür. İnternet səhifənin linkini Sizə təqdim
edirik: https://customshospital.az/