Mərkəzi Elmi Kitabxanada 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır

Xəbər - İlhamə İsabalayeva – Trend:

AMEA Mərkəzi Elmi Kitabxanasında 500 ilə yaxın yaşı olan nadir nəşr saxlanılır.

Kitabxanadan AzerTimes-a verilən məlumata görə, 98 il əvvəl Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və digərlərinin təşəbbüsü ilə yaradılır. Həmin illərdə fondunda 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazma və 1 oxu zalı var idi. Bu gün isə bura 1 milyon 330 mindən çox kitab, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri ilə təmin olunub.

Kitabxananın Nadir kitablar fondunda 1998-ci ildən bu yana tarixi əhəmiyyətli elmi nəşrlər, nadir və qiymətli kitablar saxlanılır. Nadir kitab fondunda mühafizə olunan kitablar əsasən ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir.

Həmin nəşrlərdən biri də 1533-cü ildə çap olunmuş qədim romalılar, onların yaşayış tərzi, mədəniyyəti haqqında olan Flavius Blondus adlı alimin kitabıdır.

Teqlər: