Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 12 faizə yaxın artıb

2022-ci il iyunun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi
Bankının valyuta ehtiyatları 7,23 milyard dollar təşkil edib.

Trend bu barədə
Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici ötən ayla müqayisədə 2,04 faiz
çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları
11,92 faiz artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: