Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,356 milyard dollar təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalıb.
Eyni zamanda, 2021-ci il yanvarın əvvəli ilə müqayisədə valyuta ehtiyatları 0,2 faiz və ya 11,4 milyon dollar azalıb.
(Tərcümə: Orxan Nəbiyev)