Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,034 milyard dollar təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,1 faiz və ya 8,8 milyon dollar azalıb.
Qeyd olunur ki, valyuta ehtiyatlarının artımı Azərbaycana Beynəlxalq Valyuta Fondu tərəfindən SDR (xüsusi borcalma hüququ) verilməsi ilə əlaqədardır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)