Xəbər - Nəzrin İsrafilova – Trend:
2021-ci il dekabrın 30-a olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,07 milyard dollar təşkil edib.
Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu göstərici bu ilin əvvəli ilə müqayisədə 11,8 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,8 faiz və ya 0,05 milyard dollar artıb.
(Tərcümə: Orxan Nəbiyev)