Mərkəzi Bankın sədri iqtisadçı-ekspertlərlə görüşdü

Mərkəzi Bankın sədri iqtisadçı-ekspertlərlə görüşdü

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədəki iqtisadçı-ekspertlərlə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş Əkrəm Həsənov məlumat verib.

Onun sözlərinə görə, görüşə həmçinin həmkarları – Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli və Sevil Mikayılova, habelə AMB-nin 9 əməkdaşı qatılıb.

“Çox səmimi və məhsuldar görüş oldu. Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası da o idi ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçirilməsi də qərara alındı”, – deyə Ə.Həsənov qeyd edib.

Teqlər: