Mərkəzi Bankın birinci müavini təyin olunan şəxs kimdir?

Mərkəzi Bankın birinci müavini təyin olunan şəxs kimdir?

Bu gün prezidentin sərəncamı ilə Rəşad Temraz oğlu Orucov Azərbaycan Respublikası Mərkəzi Bank sədrinin birinci müavini təyin olunub.

AzerTimes xəbər verir ki, Rəşad Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirib.

Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis olaraq başlayıb.

O, 2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində, 2004-2006-cı illərdə isə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi kimi fəaliyyət göstərib.

Rəşad Orucov 2006-2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə isə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.

2011-ci ilin iyun ayından isə Mərkəzi Bankın Baş direktoru təyin olunub.

2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişafında göstərdiyi xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif edilib.

T.Orucov Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarıyla Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvüdür.

Ailəlidir, iki övladı var.

Teqlər: