Mərkəzi Bankdan xəbərdarlıq: Saxta məlumatlar yayılır

Mərkəzi Bankdan xəbərdarlıq: Saxta məlumatlar yayılır

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin Vatsap platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq”.

Teqlər: