Mərkəzi Bankdan Talıbovun yaratdığı qurumla bağlı açıqlama

Mərkəzi Bankdan Talıbovun yaratdığı qurumla bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR Dövlət Sığorta Xidmətinə hər hansı lisenziya verməyib.

AzerTimes Report-a istinadən xəbər verir ki, bunu AMB-nin baş direktoru Ziya Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Həmin qurum muxtar respublikanın Ali Məclisinin keçmiş sədrinin 2021-ci ildə imzaladığı sərəncamla yaradılıb. Onun fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində qəbul edilməlidir”, – deyə o qeyd edib.

Teqlər: