Azərbaycan Mərkəzi Bankından kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi səlahiyyəti alınır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında qanuna dəyişiklik edilir. Və bununla da Mərkəzi Bankın səlahiyyətləri cılızlaşacaq.
Dəyişikliyə əsasən qanundan 49-1 maddəsi çıxarılır. Hazırda qüvvədə olan maddə aşağıdakı kimidir:
“Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi:
49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir”.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.