Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə yeni maliyyə alətlərinin
tətbiqi imkanlarını nəzərdən keçirir.
AzerTimes-ın məlumatına görə, bunu mətbuat konfransında AMB İdarə
Heyətinin sədri Taleh Kazımov deyib.
“AMB diqqəti qısa və ortamüddətli perspektivdə pul bazarının
inkişafına yönəlib. Bu kontekstdə maliyyə sektorunda yeni alətlərin
tətbiqi imkanları təhlil edilir. Hazırda biz manatın gəlirliliyini
təmin etməyə çalışırıq”, – T.Kazımov bildirib.