Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanda 2018-2020-ci illəri əhatə edən Nağdsız hesablaşamlar üzrə Dövlət proqramının başa çatmasından sonra “MasterCard” şirkəti Azərbaycan Mərkəzi Bankı ilə Rəqəmsal tərəfdaşlıq sazişi imzalayıb.
Bunu AzerTimes-a “MasterCard”ın Azərbaycandakı nümayəndəsi Erdem Çakar deyib
O bildirib ki, bu tərəfdaşlıq tərəflərin nağdsız iqtisadiyyata sürətli keçidin davam etməsinə bağlılığını vurğulayır və 2025-ci ilədək davam edəcək:
“Nağdsız hesablaşmaların əsasında rəqəmsal texnologiyalar dayanır. Tərəfdaşlıq 5 illik müddətdə rəqəmsal transformasiya ilə bağlı yol xəritəsini əhatə edir. KOB-ların rəqəmsal inkişafı, kibertəhlükəsizlik və süni intellekt, ağıllı şəhərlər və turizm kimi sferaları nəzərdə tutan tərəfdaşlıq Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına töhfə verəcək”.
(Tərcümə: Orxan Nəbiyev)