Mərkəzi Bank uçot dərəcəsini açıqladı

Mərkəzi Bank uçot dərəcəsini açıqladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5 %, yuxarı həddi isə 10 % saxlanılıb.

“Bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib”, – AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 20-də ictimaiyyətə açıqlanacaq.

Teqlər: