Azərbaycan Mərkəzi Bankı (AMB) “Lombardlar haqqında” qanunun yeni layihəsini hazırlayıb.
AzerTimes xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Bu qanunun qəbulu hədəfimizdir və AMB bu sahədə daha çox istehlakçıların hüquqlarının müdafiəsinə fokuslanacaq”, – deyə sədr qeyd edib.
Taleh Kazımov lizinq haqqında yeni qanunun qəbul olunacağını da vurğulayıb: “Həmin qanunun layihəsi də hazırdır, müvafiq dövlət qurumlarının rəyi alınır, düşünürəm ki, sənəd bu il qəbul olunacaq”.

AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN