Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yekunlarına əsasən Azərbaycanda inflyasiya orta hesabla 6,2-6,5 faiz səviyyəsində gözlənilir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
O bildirib ki, gələn il orta inflyasiya 5,6 faiz səviyyəsində proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.
Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)