Mərkəzi Bank gələcəkdə uçot dərəcəsinin artırılmasını istisna etmir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan Mərkəzi Bankı gələcəkdə uçot dərəcəsinin artırılmasını istisna etmir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Faiz dəhlizi ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya göstəriciləri, risk balansı, eləcə də iqtisadiyyatın mövcud vəziyyəti nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı bu gün uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.


Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: