Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ildə Azərbaycanda inflyasiya hədəf diapazonundan (2-6 faiz) yüksək, 6,6-7,5 faiz səviyyəsində gözlənilir.

AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.

O bildirib ki, Mərkəzi Bank 2023-cü ildə illik inflyasiyanın hədəf diapazona yaxın olacağını proqnozlaşdırır.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: