Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan Mərkəzi Bankı 2022-ci ilin fevralında ölkədə maliyyə institutlarının yeni inkişaf modelinin yaradılması ilə bağlı “McKinsey” beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.
Onun sözlərinə görə, bu saziş Azərbaycan bankları ilə yanaşı, sığorta şirkətlərini və digər maliyyə strukturlarını əhatə edəcək.
“Bu sənəd çərçivəsində yeni idarəçilik üsulları, fərqli ekosistem yaradılacaq, bankların problemləri və onların həlli yolları öyrəniləcək, maliyyə institutlarının yeni inkişaf modeli strategiyası hazırlanacaq”, – deyə o bildirib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)