Xəbər - Nəzrin İsrafilova. Trend:
Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların hazırlanmasını növbəti ilə planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov deyib.
“Açıq bankçılıq ən aktual yanaşmalardan biridir. Demək olar ki, əksər mərkəzi banklar açıq bankçılıq üzrə yanaşmanı dəstəkləyir. Bu istiqamətdə Mərkəzi Bank da beynəlxalq təcrübəni öyrənir və 2021-ci ildə açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi işlənib hazırlanmış və Mərkəzi Bankın idarə heyəti tərəfindən təstiq edilmişdir. Mərkəzi Bankın rəsmi internet səhifəsində həmin yol xəritəsi dərc olunmuşdur. Tərəfimizdən hazırlanmış ödəniş sistemləri və ödəniş xidmətləri haqqında qanun açıq bankçılıq prinsiplərini dəstəkləyir və Mərkəzi Bank açıq bankçılıq texnologiyalarının dəstəklənməsi üzrə müvafiq standartların, təhlükəsizlik və texniki standartların hazırlanmasını növbəti ildə düşünür” – Osmanov deyib.