Mərkəzi Bank 8 iyun hərrac keçirəcək

Mərkəzi Bank 8 iyun hərrac keçirəcək

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə məlumat yayıb.

Hərrac 8 iyunda baş tutacaq. Hərrac “Blumberq” ticarət sistemi platforması üzərindən keçirilir.

Məbləğ 200 000 000 (iki yüz milyon) manatdır. Faiz dərəcəsi isə 6,76% – 7,24% arasında nəzərdə tutulub.