Mərkəzi Asiya-Cənubi Qafqaz platformasının yaradılması təklif edilir

Qırğızıstan Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edir.

AzerTimes-ın məlumatına görə, bunu Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev azərbaycanlı həmkarı ilə mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının vaxtı çatıb:

“Biz yaxın perspektivdə 5+3 formatında Mərkəzi Asiya-Cənubi Qafqaz regionlararası platformasının yaradılmasını təklif edirik. Biz, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimiz arasında müasir münasibətlərin əsasını beynəlxalq miqyasda görkəmli şəxsiyyət, müasir Azərbaycanın qurucusu Heydər Əliyev qoyub”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: