Mərkəzi Afrika Respublikasında silahlılar hökümət qüvvələrinə hücum edib

Mərkəzi Afrika Respublikasının Alindao şəhəri yaxınlığında silahlıların ordu hissələrinə hücumu nəticəsində ən azı yeddi nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Agence France-Presse (AFP) agentliyi bildirib.

Qeyd olunub ki, ən böyük üsyançı qruplardan birinin “Mərkəzi Afrika Respublikasında Sülh Naminə Birlik” in silahlıları Alindaoda hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqələrinə və düşərgələrinə eyni vaxtda bir neçə hücum təşkil edib.


Qarşıdurmalar nəticəsində 7 nəfər həlak olub. –