Merkelin etirafı Qərbin ikiüzlülüyünün sübutudur

Merkelin etirafı Qərbin ikiüzlülüyünün sübutudur

Almaniyanın keçmiş kansleri Angela Merkelin Minsk razılaşmaları ilə bağlı bəyanatı kollektiv Qərbin Rusiyaya qarşı ikiüzlü münasibətini nümayiş etdirdi.

AzerTimes xəbər verir ki, bu barədə “Qlobal Tayms” nəşrinin məqaləsində bildirilib.

“Qərb heç vaxt Rusiyanı həqiqətən dialoq tərəfdaşı hesab etməyib. Merkelin Minsk razılaşmaları ilə bağlı etirafı da göstərdi ki, bəzi Qərb ölkələri, xüsusən də ABŞ müqavilə öhdəliklərinə ümumiyyətlə əməl etmir. Onlar çox asanlıqla imtina edə bilərlər”, – məqalədə qeyd edilib.

Nəşr bildirib ki, ABŞ və müttəfiqləri Moskvanı Kiyevlə münaqişəyə cəlb etmək istəyirdilər və böhranın həlli heç vaxt onların maraqlarına cavab vermirdi.

Vaşinqtonun bir çox tərəfdaşı üçün Rusiya Sovet İttifaqının dağılmasından bəri nəhəng hərbi gücü və siyasi sisteminə görə həmişə potensial düşmən olaraq qalıb.

Teqlər: