Rus mədəniyyətini ləğv etmək doğru deyil. Tamamilə aydın şəkildə deyirəm, mən Rusiya mədəniyyətinin qadağasına qarşıyam.
AzerTimes xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
O qeyd edib ki, hazırda özünü Moskva ilə Kiyev arasında vasitəçi kimi görmür:
“Almaniya hökumətinin məndən tələb etmədiyi addımları atmıram”.