Almaniyanın Kansleri Angela Merkel və ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, tərəflər telefon dnaışığı zamanı xarici siyasət, pandemiya və ticarəti müzakirə ediblər: “Tərəflər “xüsusilə Əfqanıstan və İranla əlaqəli xarici siyasət mövzularından danışıblar, ticarət və iqlim siyasətini müzakirə etdilər”.
A.Merkel C.Baydenin ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatında üzvlüyünün bərpası və iqlim üzrə Paris sazişinə qayıtması barədə qərarlarını alqışlayıb: “Kansler ABŞ prezidentini Almaniyaya səfər etməyə dəvət etdi”.