Merkel “AstraZeneca” vaksini ilə peyvənd olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Almaniya kansleri Angela Merkel koronavirusa qarşı “AstraZeneca” vaksini ilə peyvənd olunub.

AzerTimes-ın məlumatına görə, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.

A.Merkelin vaksinin birinci dozasını vurdurduğu deyilir.


Qeyd edək ki, bir müddət əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer həmin vaksinlə peyvənd olunmuşdu.

Almaniyada “AstraZeneca” vaksini ilə 60 yaşdan yuxarı şəxslər peyvən olunur.