Mercedesin yeni X-Class pikapı öz debütünü reallaşdırdı. Cənubi Afrikada satışa buraxılan avtomobil daha sonra Avropa və Asiyada satışa çıxarılacaq.
X-Class 2 fərqli transmisiyya, 4 mühərrik və 3 çəkiş sistemilə təqdim olunur. Mercedes pikap bazarında yeni olduğu üçün X-Class-ı Renault-Nissan əməkdaşlığı ilə hazırlayıb. Elə bu səbədən X-Class-ın şassisi Nissan Navaranınki ilə eynidir. Eyni zamanda bundan əlavə avtomobilin içindəki müəyyən detallarda Navaradakilərlə eynidir.
X-Class-ın Avropa satışına noyabr ayının əvvəlində start veriləcək. Avtomobilin qiyməti 37.000 avrodan başlayacaq.