“Mercedes-Benz” şirkəti də Rusiyaya minik avtomobillərinin
çatdırılmasını və bu ölkədə istehsalını dayandırmağa qərar
verib.
AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin “Twitter” səhifəsində məlumat
verilib.
“Mercedes-Benz” Rusiyaya avtomobil və furqonların, eləcə də
Rusiyada yerli istehsalın ixracını növbəti xəbərdarlığa qədər
dayandıracaq”, – deyə qeyd olunub.
Məlumatda “Mercedes-Benz” şirkətinin niyə bu qərarı almasının
səbəbləri açıqlanmır.