Mərakeşin Kralı VI Məhəmməddən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri, əziz qardaşım.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü
münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı
adından ən səmimi təbriklərimi, həmçinin möhkəm cansağlığı və
xoşbəxtlik arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Azərbaycan xalqına isə daha böyük tərəqqi və firavanlıq
diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Mərakeş
Krallığı ilə Azərbaycan Respublikası arasındakı qardaşlıq
əlaqələrini yüksək dəyərləndirirəm. Əminəm ki, bu münasibətlərin
iki qardaş xalqın rifahı naminə daha da inkişaf etməsinə və
genişlənməsinə Siz də mənim qədər önəm verirsiniz”.